Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağda və Şərqi Zəngəzurda qısa müddət ərzində görülən işlər insanı heyran edir

3/3

  • Azərbaycan özünün müasirliyi, güclü iqtisadiyyatı və təbii resursları ilə mübaliğəsiz Cənubi Qafqazın lider dövlətidir. Ötən əsrin 90 - cı illərində yenidən öz müstəqilliyinə qovuşan ölkəmizin inkişafı üçün təəssüflər olsun ki, erməni faşistlərinin ərazilərimizi işğal etmələri faktoru bir çox problemlər yaratmışdır. Ərazilərimizin 20 faizinin işğal altında olması, bir milyon ölkə vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsi Azərbaycanın inkişafı yolunda çox ciddi əngəllər yaradırdı. Bütün bu çətinliklərə rəğmən Azərbaycan həm regionların iqtisadi inkişafı yolunda bir çox mühüm layihələr həyata keçirmiş, ölkənin müdafiə qüdrətini gücləndirmək məqsədilə xeyli irəliləyişə nail olmuşdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycan ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində 30 il düşmən tapdağı altında qalan ölkə ərazilərini erməni quldurlarından azad etdi. Necə deyərlər, ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü , ağıllı , uzaqgörən , müdrik daxili və xarici siyasət , iqtisadiyyatın inkişafı öz bəhrəsini verdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Döyüşlər başa çatan kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal, bir an belə ləngimədən işğaldan azad edilmiş, erməni vandalları tərəfindən dağıdılmış, talan edilmiş yaşayış məntəqələrində quruculuq - bərpa işlərinə start verdi. Qısa zamanda ilk olaraq azad edilmiş ərazilərdə infrastrukturun bərpasına başlanıldı və demək olar ki , böyük işlər görüldü. İnfrastrukturun bərpası ilə paralel olaraq yaşayış məntəqələrinin də yenidən qurulmasına və bərpasına başlanıldı. Görülən işlərin nəticəsində hal - hazırda Zəngilan, Laçın və Füzuli rayonlarında bir qrup əhali öz ata - baba yurdlarında yaşayırlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bütün işlərə nəzarəti öz üzərinə götürən Azərbaycan Prezidenti bu yöndə yorulmadan çalışır , tez - tez işğaldan azad edilmiş ərazilərə səfər edir , aidiyyəti qurumlara özünün tapşırıq və göstərişlərini verir . Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qəbildən olan səfərlərin birini də 28 sentyabr 2023 - cü il tarixdə Zəngilan rayonuna etmişdir . Ölkə başçısı burada Alıbəyli kəndinin , Zəngilan kəndinin , Zəngilan şəhərində 2 - ci , 3 - cü və 4 - cü yaşayış məhəllələrinin, 160 yerlik uşaq bağçasının təməlini qoymuşdur . Səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən Zəngilan şəhər mscidində görülən işlərlə tanış olmuş , Zəngilan Konqres mərkəzinin , Cahangirbəyli Su Elektrik Stansiyasının açılışını etmişdir .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Yalnız bir səfərdə , bir rayon ərazisində bu qədər təməlqoyma mərasiminin , bu qədər açılışların həyata keçirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Böyük Qayıdışın tezliklə başa çatdırılmasında nə qədər israrlı olduğuna dəlalət edir . Ölkə Başçısının bu addımları işğaldan azad edilmiş ərazilərinin əsil sahiblərinin Azərbaycan xalqı olduğunu özündə təcəssüm etdirir . Dəmir Yumruq yerindədir! Qarabağ, Zəngəzur Azərbaycandır!​
    Eldəniz Məhərrəmov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib61 dəfə
    qarabağda Şərqi zəngəzurda qısa müddət ərzində görülən işlər insanı heyran edir

    Maraqlı gələ bilər
    24
    54